Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir Xatirə Dəftəri ömrüm…

Bir xatirə dəftəri ömrüm…
Saralmış səhifələrindən boylanır
Küskün sevdalarım…
Boynubükük,
pərişan arzularım
Ürkək-ürkək baxır
İllərin arxasından...
Bir mən,
Bir toz basmış oturacaq,
Bir də salxım söyüdün
Saçıma divan tutan
Sevdalı yarpaqları...
Titrəyir ovcumda...
….Unutmuş məni çoxdan
O qızın barmaqları…

Boş qalmış nişan üzüyü kimi
Sinəm…
qurşuna açıq...
Ruhum
Dəlik-deşik
Günahsız göz yaşlarından...
Əllərim yarıuçuq minarə kimi
Uzanır
Yaddaşıma divan tutan
Xatirələrin arxasınca...
Dualarım didərgin yorğun baxışlarımdan...
İslanır göz yaşlarım
Sevda yağışlarında...
İlk eşqim gülümsəyir
Xatirə dəftərimin
Yıxılmış
Başdaşından...
Gözlərim içinə çəkir
əl çatmaz uzaqları...
Çəkir...
Unutmuş məni çoxdan
o qızın barmaqları...


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 60 Bölmə: Sevgi şerləri
loading...