Bu Vətənimin günü belədir,uzunu qısa eni belədir,
Ata-babamın geni belədir gora desələr gora gedirik.
Qadanı alım, qınama bizi,
Kim hara deyir ora gedirik.
Qazanı mənəm, qazanan odu, harama girib qızınan odu,
Əli cibimə uzanan odu,əlinə qoyub para gedirik.
Qadanı alım qınama bizi,
Kim hara deyir ora gedirik.
Nə darıxırıq nə yad edirik,darıxana da irad edirik,
Bu bağımızı abad edirik, o bağa üzü qara gedirik.
Qadanı alım qınama bizi,
Kim hara deyir ora gedirik.
Dərimi soyub, soyumu bölür,quyumu görüb quyumu bölür,
Dənizə girib suyumu bölür gözü görəsi tora gedirik.
Qadanı alım qınama bizi,
Kim hara deyir ora gedirik.
Bu ora gedir, o bura gəlir,bu ona deyir, o buna deyir,
Bu onu yeyir, o bunu yeyirbiz isə "Böyükşora" gedirik.
Qadanı alım qınama bizi,
Kim hara deyir ora gedirik.
Qula ağayıq, pula əsirik pula görə qul cibi kəsirik,
Nə gecikirik, nə tələsirik,təzə xanayıq zora gedirik.
Qadanı alım qınama bizi,
Kim hara deyir ora gedirik.
Ərəbə baxıb göbək açırıq,xərəbə baxıb kürək açırıq,
Soyuna-soyuna çiçək açırıq,boyana-boyana bara gedirik.
Qadanı alım qınama bizi,
Kim hara deyir ora gedirik.
Ay saçı qısa Suray xanım,ay əri olan subay xanım,
Əri "dub" özü Dubay xanım,bu gediş ilə hara gedirik.
Qadanı alım qınama bizi,
kim hara deyir ora gedirik
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 108 Bölmə: Sevgi şerləri