Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ILK MEHEBBETI!

İllərin ayrıcında,
Fikirlər də haçadır.
Dünya qocalan deyil,
Təkcə insan qocadır!

Bu günümü yaşayıb,
Düşünürəm ötəni
Qaytarmaq istəyərdim,
O ömrümdən gedəni!

Gələcəyin dumanlı
Aynasında nələr var?!
Mənasızmı bu həyat?
Cavabsızdır suallar!

Dəyişir tamam insan,
Başqalaşır adəti.
Bircə unutmaq olmur,
Yenə ilk məhəbbəti!.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 58 Bölmə: Sevgi şerləri
loading...