Ramiz Rövşən. Çıxır
Ə
lə qələm alan kimi,
Sətirlər qaralan kimi,
Köynəyə çıxan qan kimi
Kədərim varağa çıxır.
Canımda sözlər sıxılır,
Artır, üst-üstə yığılır,
Yüz nəğmə batır, boğulur,
Bir nəğmə qırağa çıxır.
Küsən çox şair sözündən,
Öpən yox şair gözündən,
Şeirin astarı üzündən
Baha çıxır, baha çıxır...
Tarix: 28.05.2013 / 15:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 126 Bölmə: Sevgi şerləri
loading...