Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səvsəndə sevməsəndə sevəcəyəm səni

Sevmişəm səni ilk görüşdə mən
Arzum xeyalımsan bil hər zaman sən
Neynirəm cahanı sevməsən məni sən
Sevsəndə sevməsəmdə sevəcəyəm səni mən

İlk görüş zamanı səni görəndə
Əllərim əsdi dilim tutuldu
Gözlərim gözünə baxmaaq istədi
O zərif əlindən tutmaq istədi

Hələ də adını bilmirəm sənin
Nə olsun onsuzda sevirəm səni
Gecələr yuxumda görürəm səni
Neyniyim?neyniyim?sevirəm səni

Bircə dəfə mənə hə desən gülüm
Dünyamı dağılar güllərmi solar
Onsuzda bilirəm o baxışdan mən
Sən də məni sevirsən hiss edirəm mən

Sən mənə hə desən sənlə olaram
Hər zaman həmişə sənlə qalaram
Nə olar zülm etmə mənə bu qədər
Axı səni sevirəm başa düşmürsən məgər???


Tarix: 22.11.2014 / 23:15 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Sevgi şerləri
loading...