Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Günah Eləmə..

Desə qəmin çoxdur həkim,razıyam,
Üzsün taqətimi yüküm,razıyam.
Sənin də dərdini çəkim razıyam
Təki sən ağlama,sən ah eləmə...


İnan əhdimdəki sədaqətimə,
Bələd ol eşqimə,cəsarətimə
Dəyər ver,dəyərli məhəbbətimə
Bundan artığına tamah eləmə...


Şirin rəftarınla xoşa gələrsən,
Qəlbindən acını,qəmi silərsən
Sən məni bu gün də sevə bilərsən
Hər dəfə “bugün”ü “sabah” eləmə...


Mən sənə heyranam,qəlbim qəlbinə
Özgəni gətirmə bir də fikrinə
Bu ürək möhtacdır axı sevginə
Sevmirəm deyərək günah eləmə...


Əgər beləyəmsə qəbul et belə
Ağ atlı oğlanı gözləmə gələ,
Əgər sevmirsənsə,susub tərk elə
Mənə sevgi nədir izah eləmə..


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 78 Bölmə: Sevgi şerləri
loading...