Sene Qalsin
O gecikmiş çiçəkləri gətirmə
Sənə qalsın, darıxanda öpərsən
Bir sözünlə elə deydin xətrimə
Elə deydin, bir də çətin görərsən Birdən-birə soyuq oldun qış kimi
Ağır oldun dağdan qopan daş kimi
Sənə nə var, bir köçəri quş kimi
Öz yuvanı başqa yerdə hörərsən Mənim yərim nə səhradı, nə də bağ
Sevgim üçün nə çiçək var, ne yarpaq
Görürsənmi, nə çətindir barişmaq
Dövranını başqa eldə sürərsən Ağlamasan, göz yaşından göz yanar
Danişmasan dodaqlarda söz yanar
Kim deyir ki, özbaşına köz yanar
Onu yalnız sevən qelbdə
görərsən.
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 49 Bölmə: Sevgi şerləri
loading...