Sən Olaydın
Başımı qoyanda hər gün yastığa
Gözümdən süzülən yaş sən olaydın
Düşünüb xəyala daldığım anda
Xəyalımdakı insan, kaş sən olaydın
Yadıma düşəndə uşaqlıq çağı
Əlindən tutduğum dost sən olaydın
İlk dəfə ürəkdən güldüyüm anda
Gülüşümün səbəbi kaş sən olaydın
Qəmli vaxtlarımda dərdimi duyan
Ürəkdən yananım kaş sən olaydın
Bütün dərd sərimdən qaçdığım anda
Qapımı açanım kaş sən olaydın
Sən olaydın mənə sevgi öyrədən
Sən olaydın gözümün yaşını silən
Əgər səndən səni istəsəydim mən
Səni mənə verənim kaş sən olaydın
Ömürlük yanımda kaş sən olaydın
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 77 Bölmə: Sevgi şerləri
loading...