Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xəyanət üzərinə məktub

Sənə heç bir şey söyləmək istəmirəm. Bütün sözlər qeyri-kafi.. Heç bir şey yazmaq istəmirəm. Dərin dənizlərdə lövbər atdığım, üstümə göyqurşağını çəkdiyim bu eşq yalanmış. İndi qaranlıq sularda boğuluram. Səma güllə kimi ağır. Nə yana dönsəm yalan. Gülüşlər yalan, vədlər yalan. .İnsanlar yalan. Mən sənimi sevdim. .Sənin gözlərinləmi baxdım dünyaya.. sənin əllərinləmi çiçək yığdım.. sevinc idi, eşq idi sinəmə basdım. Böyük bir yalanı səninləmi yaşadım?

Gözlərinə baxdığım zaman cənnət bağçasına keçərdim.. Bir aldatmacaymış, pis bir yuxu.. Pisliyin belə bir üzü vardır, bir görünüşü.. amma ən betəri buymuş.. bu aldatmaca. Bir nağıl olsaydın razıydım, bir şeir olsaydın, götürər saxlayardım. Gözəl bir üz qalardı səndən geriyə, xoş bir xatirə.. kimsənin toxuna bilməyəcəyi bir tarix. Amma heç bir şey qalmadı.. Bir yoxluğu fərz etmişim. Bir HEÇə sarılmışım. Çöldə ilğım belə deyilsən. İlğımın gizli işığı vardır. Sən işığı udan qaranlıq.. bir kor quyu.. Mən kor quyularda qaynaq suyu axtarmışam.

Necə olsa bitərdi bu eşq. Amma unudulmaz bir xatirə, gəncliyin ən gözəl xatirəsi olaraq qalsaydı.. Sən heç bir şeyin dəyərini bilmədin. Kökün çürük, yarpağın kül, meyvən zəhərmiş. Mən səni sevginin yerinə qoymuş aldanmışam. Qəbahət səndə deyil, mən insan tanımamışam.

Sənə qarşı hirs duymuram, incik deyiləm, qızğın deyiləm.. Çünki sən onsuz da yoxmuşsan. Əsl qızılacaq adam mənəm.. Kiçik bir toz dənəsini bir ləl-cəvahirat sanmışam. Sənin xəyanətin mənə qoymadı. .Məni qəhr edən, məni yox edən, məni min peşman edən tək şey.. bir eşq yaratmış tək başına yaşamışam. Sən onsuz da yoxmuşsan ki.. sənin neyinə yanım?


Tarix: 03.12.2014 / 18:11 Müəllif: Aziza Baxılıb: 87 Bölmə: Sevgi şerləri
loading...