Soldurub bağını,töküb barını,
Daha şuxdan salıb yarpaqlarını,
Soldurub, a cicək,yarpaqlarını
Qış olub üstümə niyə gəlmisən?
Sən adlı o xanım-xatunu mənə,
Vermədin öz şahlıq taxtını mənə,
Qıymadın gül çiçək vaxtını mənə,
Qış olub üstümə niyə gəlmisən?
Məni həsrət qoyan ilk bəhərinə
Indi gəlib məni yada salıbmı?!
Gözünün alovu özgələrinə,
Saçının qırovu mənə qalıbmı?
Gözəllik-neylədin o bəxşişini,
Gəlmisən,bəs kimə bəxş etdin onu?
Nə bildin taleyin gondərişini.
Qaytara bilmərəm,nə bildin bunu.
Nə bildin mən bir az ürəyi kövrək,
Qadın baxışında mütiyəm,lalam.
Nə bildin o həsrət məni əyəcək,
Nə bildin səninçün keçilmiş yolam.
Qış olub üstümə niyə gəlmisən?..
Ağlayan hirsimi soyutmağamı,
Incik urəyimi ovutmağami?
Təkəbbürlü xanım,a nazlı xanım,
Yox,yox,yalvarışı saxla sən Allah.
Bu yazıq baxışı saxla sən Allah.
Di yaxşı,bu dili,bu fəndi saxla,
Dilinin altında o qəndi saxla,
Gücün var-keçəni qaytar,soraqla,
Qış olub üstümə niyə gəlmisən?
Nə dedin?Ahh,bu nə yanıqlı sözdü!
Bir dayan,közündə bu nə torandı...
Ay,mənim ürəyim nə ikiüzlü,
Vüqarımı necə yerə vurandı!-
Bacara bilmədim özümlə,heyif!
Qış olub üstümə niyə gəlmisən...
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 232 Bölmə: Sevgi şerləri