Ramiz Rövşən. Bir xəfifcə külək əsdi...
						B
ir xəfifcə külək əsdi 
 ürəyimin yanından.
 Əsdi ətəyi yellənən
 bir nazik qız donundan.
 Bu nə gözəl qızdı, Allah,
 lap qəbirdə sevməli.
 Bir də, bir də doğulmalı,
 bir də, bir də sevməli.
 Gecələri səhərəcən
 dizinə baş qoymalı.
 Yuxuda da onu görüb
 diksinib oyanmalı.
 Əcəl günü, son nəfəsdə
 son sevdaya düşməli.
 Bir cüt quştək bir qəfəsdə
 onunla sevişməli.
 Sonra... sonra arxayınca,
 kirimişcə ölməli.
 - Bəsdi, kiri, axmaq qoca,
 gülməlisən, gülməli!..
Tarix: 28.05.2013 / 15:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 150 Bölmə: Sevgi şerləri
loading...