Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Denizime.

“Səni sevirəm” deməyəcəyəm.
Sənə olan sevgimin yanında
bu iki kəlmə
quru çıxar bəlkə də...
Sənə olan hədsiz-hüdudsuz sevgim
hər cür sözü qoyar kölgədə.
Söz deməyə nə hacət var?
Əgər gözlər baxışdısa.
Dilin nəsə danışmağı vacib deyil.
Əgər gözlər danışdısa!
Gözlərimə bax!
Orda yazılıb ürək sözüm,
Ay Dənizim.
Mixture photos
Xəzərin sahilləri qayalarla dolu...
Qayalar
sahili bəzər...
Xəzərin sahilləri sevdalarla dolu...
Sahildə
bir-birini sevən,
əl-ələ tutmuş
neçə cütlük gəzər...
Xəzərin sahilləri çınqılla dolu...
Çınqıllar
Gəzənlərin ayağını əzər...
Xəzərin sahilləri ümüdlərlə dolu...
Nakam aşiqlər
Xəzərlə dərdləşər,
dərdlərini yan-yana düzər...
Bir Aşiq də
sahili Sənsiz dolaşıb
səni yad elər,
Dənizi süzər...
Nə olar ki, bu sahili
Bir gün də Səinlə gəzim,
Ay Dənizim?!...


Tarix: 03.12.2014 / 18:05 Müəllif: Aziza Baxılıb: 92 Bölmə: Sevgi şerləri
loading...