Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gel Ki

Mən səni yazmışam arzularıma...
Gəl ki, son qoyulsun intizarıma!
Gəl ki, qırılmasın son ümidlərim!
Gəl ki, unudulsun bütün dərdlərim!
Gəl ki, ürəyimi vurmasın sazaq!
Gəl ki, bəxtimizi birlikdə yazaq! Gəl ki, pəncərəmi döyməsin sükut!
Gəl ki, səmamızı almasın bulud!
Gəl ki, qibtə etsin göydə ay bizə!
Gəl ki, elə olsun qış da yay, bizə!
Gəl ki, diri açaq səhərimizi!
Gəl ki, seyr eləyək şəhərimizi! Gəl ki, dünənləri yada salmayaq!
Gəl ki, bundan belə tənha qalmayaq!


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 40 Bölmə: Sevgi şerləri
loading...