Düşürəmmi Heç Yadina?
Düşürəmmi heç yadina?
Gecə keçər, pəncərəmə çökər zülmət,
Ürəyimə bu həsrətdən qüssə dolar.
Sənə məktub yazıram mən, səndən ötrü,
Söyləsəm ki, darıxmıram,
yalan olar.
Darıxıram həsrətində yana-yana,
Darıxıram, sətir -sətir, xana-xana.
Gözü qalıb gözlərimdə anamın da.
Nigarandır məndən yana....
Gözlərimdə bir ifadə,
Dilim yalan deyər ona:
“Darıxmıram mən, ay Ana”.
Sənsə uzaqulduzlar tək
Işıq saçıb xəyalımda,
Düşüncəndə məni qına:
“Düşürəmmi heç yadına?”
Sənə həsrət, sənsiz yanan ürəyimsə,
Könülsüzcə sirdaş olar özgəsinə...
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 67 Bölmə: Sevgi şerləri
loading...