Dənizi verdim ki Sənə hədiyyə,
Gəldiyin sahilə gələsən bir də,
Məni görməyəndə-o Mənəm-deyə,
Mənimlə danışıb güləsən bir də..
Kül olmuş atəş yanar mı?
Buz tutmuş su axar mı?
Bu gözlər səni görüb sevdi,
Başqasına baxar mı?
Soyuq havalarda heç üşümədim bilirsən?? Həmişə sənin istiliyinlə qızındım Sevginin istiliyiydi məni qızdıran.
Günəşə baxa bilərəm amma üzüne əsla,
Atəşi tuta bilərəm əlini əsla,
Canımdan keçərəm amma səndən əsla,
dünəni unutsam belə səni əsla.
Qəzəbini yarpaqlara yaz payızda tökülsün,
dərdlərini küləyə yaz əsdikcə uzaqlara aparsın,
Sevgimi qəlbinə yaz öləndə səninlə basdırılsın!
Aramızdakı məsafələr nə qədər uzun olursa olsun, sonsuzluğa gedən bütün yollara adını yazdım. Hansı yoldan keçərsən keç səni sevdiyimi oxuyacaqsan
Ömrümün payız çağına bir Sevgi bəxş eylədin,
Bu sevgini ilmə-ilmə könlümə nəxş eylədin,
Gel deyəndə bu eşqimə ümüdün yox söylədin
Bir gün bizdə qovuşarıq Mənim ömrüm qəm yemə..
Eşq budur,deyəsən?! Getmə deyə bilmədiyim kimi, gəlmə də deyə bilmədim… Deyə bilməzdim…
Bir az da olsa mənim olmağın, bir az da olsa məndə qalmağın bəs idi mənə bəlkə də…
Heç mənim olmamağındansa… Bəlkə də bəs idi mənə yalan olduğunu bilərək verdiyin sözlərlə yaşamaq… Bir az da olsa eşqi səninlə dadmaq
Saf sevgiylə qarşılaşmaq idi,
sevilək deyə xəyal edəndə indiki sevgilerdə saflıq qalmamış daha doğrusu sevgi saflığını deyil insanlar saflığını itirmirr
Müəllimdən soruşdum Ayrılıq nədir? Müəllim: O dərsi keçməmişəm dedi.
Sürücüdən soruşdum: Ayrılıq nədir? Sürücü: O yoldan keçməmişəm dedi.
Uşaqdan soruşdum: Ayrılıq nədir? Uşaq: O oyunu oynamamışam dedi.
Aşiqdən soruşdum: Ayrılıq nədir? Aşiq başını aşağı əyib dedi: Ayrılıq ölümdür:(
Qız: Məndən gözəl qız var ? :)
Oğlan: Bilmirəm
Qız: Məndən şirin qız var ? )
Oğlan: Bilmirəm
Qız: Məndən yaxşı qız var ? :)
Oğlan: Bilmirəm
Qız: .Necə yəni bilmirəmeee ?!
Oglan: Bilmirəm çünki həyatımda Sən varkən başqasına necə baxım ... =)
Başqa bir isdəyim yox, "Sevirəm" de mənə,
Sənin bu sözünə darixdim..
Bir gün ürəyim gözlərimin ağladığını görüb soruşdu: Niyə ağlayırsan?
Gözlərim cavabında: Sevdiyimi görə bilmirəm.
Ürəyim dedi: daha niyə ağlayırsan, o ki, mənimlədir...
Tarix: 25.11.2014 / 13:41 Müəllif: Aziza Baxılıb: 234 Bölmə: Sevgi şerləri