Bu Dünya Nərdivandı
Bu dünya nərdivandı,
Qalxanda mehribandır
Enəndə nə yamandı...
Görüşdük pillələrdə,
Yolun yarısında biz.
O qalxırdı bu dəmdə
Mən enirdim xəbərsiz...
Onu arzularına qaldırdı nərdivan
Məni xatirələrə
endirdi
Bu zaman.
Birimiz günçıxan
Birimiz günbatan...
Qalxa bilməzdim daha
Nə o güc, nə o taqət
O da enə bilməzdi
Haqlı, haqsız vermişdi
Öz hökmünü təbiət
Gərək ya düşməyəydi
Bu görüş heç araya
Ya o, əvvəl gələydi...
Ya mən sonra dünyaya!...
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 58 Bölmə: Sevgi şerləri
loading...