Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Arzular Bizim,Həyat özgənin

Sənə əlvida deyirəm..Sevgimi,arzularımı,gözlərini geridə qoyub,əlimi sənlə bağlı arzularımdan güclə üzüb gedirəm...Ruhumu sənə cismimi bir başqasın təslim edib gedirəm...Gözlərimin azdığı,hisslərimin uçunduğu o ucsuz-bucaqsız uzaqlarda sən mənimsən həmişə,məm səninəm həmişə...

Bu qismətin nankor üzü mən oldummu?!
Üz çevirdim varlığına
Əllərində vidam qaldı
Yaddaşını güllələyən sədam qaldı
Bilirəm...
Getdim!
Kürəyimə saplanmışdı baxışların
Gözlərindən gedən yola ələnirdi qanım mənim
Tükətmişdin taqətini,
Qəlbindəki hayqırtıdan tutulmuşdu qulaqları
Can verirdi canım mənim.
Etinasız kölgələrdə itə-itə gizlənirdim.
Bilirdimki hara getsəm nifrətinlə izlənirdim.
Qəzəbindən dar etmişdin ürəyimdə məzarımı
Gözlərinin aynasında çiliklənib qırılmışdım
Mən! ruhumdan vurulmuşdum.
Sürünürdü varlığımın sümükləri
Getdim!
Üzü qoylu yıxılmışdım bu dünyaya
Barmaq-barmaq
Cırmaq-cırmaq
Getdim!
Ürəyimdə bircə günlük ömrüm ilə gedə bildim
Səni xoşbəxt görmək üçün bu dünyada
Taleyindən itə bildim
Getdim!


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 40 Bölmə: Sevgi şerləri
loading...