Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mənim sənsiz romantikam..

Dünən bir mesaj gəldi..Səndən sandım..
Baxdım..Sevgilimdənmiş..Sadəcə cismiylə yanımda olan birindən..Atdım telefonu kənara..Cavab da yazmadan..
Oysa sən olsaydın necədə həyəcanla, gözlərimin içi gülərək cavab yazardım..
Hələdə sevgilim yazdığı mesaja cavab gözləyir..Qoy gözləsin..Məndə səndən mesaj gözləyirəm..


Mənim sənsiz romantikam..


Sevgilim artıq əsəblə dolu ikinci mesajı yazdı..Sevgi və üzr dolu mesaj gözləyir..Ancaq yazmayacam..Qoy üçüncü mesajda ayrılmaq istədiyini yazsın..
Hər şey üç cavabsız mesaj qədər qısa və dəyərsizdi..
Nə günə qaldın sən sevgi? Heç özünə baxmırsan.. Güzgün mü yoxdu yoxsa?


Mənim sənsiz romantikam..


Budur üçüncü mesaj da gəldi `bir də mənə yazma və axtarma`.. Mən onsuzda yazmırdım və axtarmırdım..Bu insanlar qəribədi, etmədiyim bir şeyi etmə deyir mənə..
Nəticə budur ki artıq cismən də yalnızam..
`Məni itirdin` də yazmışdı son mesajında..Mən itirmədim..Mən vaz keçdim..Mən yalnız onu itirdim...


Mənim sənsiz romantikam..

Doğum günümdə məni təbrik edərkən mənə yalnız bir arzunuz olsun `sevdiyinlə sevgilin eyni insan olsun`..


Tarix: 03.12.2014 / 17:51 Müəllif: Aziza Baxılıb: 112 Bölmə: Sevgi şerləri
loading...