Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bes Nece Oldu Ki Unutdun Meni ??

Deyirdin, ömürlük sevib-sevilək,
Sözünlə hər zaman ovutdun məni.
Bir zaman esqimlə yanan o ürək
Bəs, necə oldu ki, unutdun məni?

Mən sənə çox oldum həm arxa-dayaq,
Həmdəki, gecələr mürgülü oyaq.
Hər zaman deyərdin, birgə yasayaq,
Bəs, necə oldu ki, unutdun məni?

Getdiyin yollarda qalan iz idim,
Dünyaya baxdığın bir cüt göz idim
Mən əzbər bildiyin tək bir söz idim,
Bəs, necə oldu ki, unutdun məni?

Nələr çəkdirərdin, nələr sən mənə,
Dözərdi bu qəlbim, sevərdim yenə,
Xoşbəxt qız deyərdim o vaxt özümə,
Bəs, necə oldu ki, unutdun məni?

Bu qədər zamandır ayrıyam səndən,
Hələ gülməmişəm getdiyin gündən,
Deyirdin, əminəm mən öz sevgimdən,
Bəs, necə oldu ki, unutdun məni?

Bu qədər sevmişdin, bu qədər, demək,
Yalanmış dediyin ''Xoş günlər görək''
Getmək istəyirdin, deyəydin gərək,
Bəs, necə unudum indi mən səni?!


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 77 Bölmə: Sevgi şerləri
loading...