Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bilmirəm...

Bu gün əhvalımı sormayın mənim,
Bu gün evvelki tek ola bilmirəm.
Bir dost itirmişəm sevgi üzündən
Bir yerdə dayanıb qala bilmirəm.

Sandı ki, göylərdən enmiş mələyəm,
Ruhunu oxşayan ilıq küləyəm.
Yaralı qəlbində yalnış diləyəm,
Mən onun yadına sala bilmirəm.

Onun bu sevdası vaxtsız qonaqdı,
Mən bir ötən günəm, o bir sabahdı.
Bilirəm, qəlb qırmaq böyük günahdı,
Nə edim könlünü ala bilmirəm.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 67 Bölmə: Sevgi şerləri
loading...