Yalnız xəyallarımda xoşbəxtəm mən
Yalnız xəyallarımda səninləyəm
İstəmirəm ayrılım xəyallarımdan
O zaman səndən də ayrılaram mən
Yalnız xəyallarımda sən mənə deyirsən sevirəm səni
Yalnız xəyallarımda tutursan əllərimdən, baxırsan gözlərimə
Xəyallarımda isti nəfəsini duya bilirəm
Yalnız xəyallarımda sən mənim olursan mən də sənin
Yalnız xəyallarımda biz dost olmuruq
Aşiqlər oluruq dəlicəsinə bir-birini sevən.
Bunlar hamısı xəyallarımdır
Bu xəyallarımdır məni yaşadan
Sənsiz illərimi sənli edən
Bu xəyallarımdır səni mənə unutdurmayan
Səni mənə yaxınlaşdıran
Xəyallarımdır sənin üçün ağlayan ürəyimi sakitləşdirən
Məni güldürən
Xəyallarımdır məni ümidlə yaşatdıran
Xəyallarımdır mənim ağlımı başımdan alan
Gecələr yatmağa qoymayan
Hərdən qələm götürüb şer yazdıran xəyallarımdır, xəyallarım!!!
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 92 Bölmə: Sevgi şerləri