Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

♥...tək O ♥

Tək o , zəbt edib ürəyimi, biləyimi tutub , nəfəsi ciyərə dolub yaşadıb.
Könül verib , könül alıb , susub qalıb , Həyatım !
Tək o qış günəşi kimi soyuq , uzaq , amma qucaq-qucaq şüalarıyla isitsin ,
Onu sevsin , gec tələsdim , həsrət boğdu , Həyatım !

Qardı, soyuqdu, yataqdı, ayıqdı, zülmətdi, uzaqdı, xəyalın qayıqdı,
Təbəssümün təb sümüyünə, tənəffüs... Ürəyimin notların oxuyan tələffüz,
Yaşat məni, ya qat məni könül bağına. Ya da toxunma, qoy keçim qəm otağına.
Həyatım... niyə küskün ? Niyə pis günlər səni hədəf seçir ?
Danış görüm, barış gülüm, sənsiz günlər hədər keçir, gedir... Didir, boğur həsrət,
Darıxıram, səsin indi taleyimə qismət...
Darıxıram, səsin verir mənə işıqlı an..
Səsin sevir, qəlbim deyir can, salamat qal...
Yaxınlaş, bax, uzaqlaşan sətirlərə. Qəlbdən dodağa gələn sətirlərdən ətir gələr.
Əsir gəlib ürəyimə, əsirgəməm heç nə. Tilsimə düşər taleh, susar, dönər - heç nə !
... və tək O !
Qoşa addım ataq... nədən boşa addım ataq ?! Yaşa qəlbim, otaq, bədən ətrin dolu yataq.
Yavaş toxun mənə can nəvazişim, təbibim...
Qovuş, qoxun məni aparıb behiştə həbimim
Təbim ilham pərim, yerin ürəyimin içi. Ağrın, çətinliyin var ? Ötür mənə, mənə keçir.
Aramızda bu gün yollar uzaq, sahillər...
Balam mənim, amma inan bizi gözləyir illər...
Mən çatacağam ulduzuma süni peyk kimi ! Qovuşacayıq, vaxt gələr...
Amma indi tək gəmi... Üzür ümidin bağlayıb okeandakı bir adaya.
Üzün bağlayıb ağlayan eşqimə olan dayaq...
Mən təkəm, mən bəlkə yaşayıram o baxışla. Sən də tək edilməyən zənglərə görə BAĞIŞLA !
Qınama... Yaradıcı beyin dağıdıcı, qəddar. Amma onun da duyğularına toxunun ad var....
Tək O...
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 156 Bölmə: Sevgi şerləri
loading...