Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sus...

Sus danışma nə olar.
Yenə bax gözlərimə.
Bilirəm ki dediyin, alovlu söz olacaq.
Ruhumu yandıracaq.
Belə qırma qəlbimi.
... Heçnə olmamış kimi.
Yenə bax gözlərimə. . .
Yenə tut əllərimdən. . .
Yenə hiss edim səni. . .
Yenə də bas bağrına. . .
Yenə qucaqla məni. . .
Sus danışma nə olar.
Xəyalən yaşamayaq.
Bu xoşbəxt günümüzü.
Bax beləcə keçirək.
Qoy bütün ömrümüzü.
Sus danışma nə olar.
Yenə bax gözlərimə.
Beləcə hiss edirəm.
Yanar qəlbinin səsin.
Qorxa-qorxa üzümə deyir titrək nəfəsin.
Sus danışma nə olar.
Yene qucaqla məni.
Nəğməsinə uyuduğum.
Eşqimizin səsidir.
Həyatda ən qorxduğum.
AYRILIQ kəlməsidir..


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 74 Bölmə: Sevgi şerləri
loading...