Goresen
Bu sevginin əzabları dözülməz,
Aşiqlərin yuxusu tərs yozulmaz.
Aman fələk, yazdıqların pozulmaz
Kimin sənə gücü çatar görəsən?
Düz yolumu daş-çınqıldan salmasam,
Mənə həsrət, mən həsrətə qalmasam.
Sonum gəlsə, dünyada mən olmasam
Yenə çıxar gün, ay batar görəsən?
Pərvaz edim uca göydə, enməyim
Xar istəyər o danışsın, dinməyim.
Heç bilmirəm ya minim, ya minməyim
Sonuncumu qara qatar, görəsən...?
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 84 Bölmə: Sevgi şerləri
loading...