Payız Axşamı
Bir payız axşamı hiss etdimki mən,
Deyəsən sevirəm özüm bilmədən
O günün gecəsi əlimdə qələm,
Yazdım öz şeirimi yata bilmədən..
Həmin payız axşamı qəmli kədərli,
Günlərim düşürdü mənim yadıma
Sanki kinonun bir lenti kimi,
Gəlirdi yavaşca göz qabağıma
Uşaqlıq illərim, mektəb illərim,
Sevincli, kədərli adi günlərim
Elə bil toplandı hamısı zəmbilə
Ağlamaq hissiylə gəldi qəlbimə
Bəlkə bir sevgi, bəlkə bir gecə,
Yaranan hisslərin səbəbkarıdır.
Bilmirəm nə olub mənə bu gecə,
Az qalıb bir azdan günəş çıxacaq,
Qəlbim bu gecə ilə vidalaşacaq.
Gecənin ən gözəl şirin anları,
Bir saat içində geridə qalacaq..
Gözlərim yumulur yuxumda gəlir,
Gecəni yuxuma qurban vermərəm,
Sanki bütün bunlar yuxuma gəlir
Sənli yuxulardan oyanmaq istəmərəm
Kimsə bu gecənin səbəbkarıdır..
.
Nələrdən imtina edə bilərsən mənim
üçün?
Nələrdən imtina edə bilərsən mənim
üçün?
Mən sənin üçün xəyallarımdan imtina
etdim
Artıq təkəm bir mavi yox yuxularımda.
Nələrdən imtina edə bilərsən mənim
üçün?
Mən sənin üçün uşaqlığımdan imtina
etdim
Böyüdüm həmişə içimdə bir uşaq
saxlasam da.
Nələrdən imtina edə bilərsən mənim
üçün?
Mən sənin üçün ölməkdən imtina etdim
Və heç ölməyəcəkmiş kimi yaşamaqdan.
Nələrdən imtina edə bilərsən mənim
üçün?
Mən sənin üçün təklikdən imtina etdim
Təkcə yatıb durmaqdan.
Nələrdən imtina edə bilərsən mənim
üçün?
Mən sənin üçün bir ağacdan imtina etdim
Bir tərəfi qurumuş bir tərəfi şam iy verən.
Nələrdən imtina edə bilərsən mənim
üçün?
Mən sənin üçün ağlamaqdan imtina etdim
Sənin gülümsəməyinlə.
Nələrdən imtina edə bilərsən mənim
üçün?
Mən sənin üçün səni görməməkdən imtina
etdim
Sənə baxdığım zaman.
Nələrdən imtina edə bilərsən mənim
üçün?
Mən sənin üçün yaşadıqlarımdan imtina
etdim
Artıq qiymətli mənim üçün yaşadığım hər
an.
Nələrdən imtina edə bilərsən mənim
üçün?
Mən sənin üçün yeni bir eşqdən imtina
etdim
Kimsəni sən kimi sevə bilmədim.
Nələrdən imtina edə bilərsən mənim
üçün?
Mən sənin üçün istəməkdən imtina etdim
Mənim üçün imtina et deməkdən.
Nələrdən imtina edə bilərsən mənim
üçün?
Mən sənin üçün səndən imtina etdim
Sənin üçün səndən...
Nələrdən imtina edə bilərsən mənim
üçün?
Mən sənin üçün axtarmaqdan imtina
etdim
Soruşanlara cavab bilmirəm dedim.
Tarix: 18.01.2013 / 14:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 848 Bölmə: Sevgi şerləri