Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Xoşbəxt Ol!"

"Xoşbəxt ol!" söylədin, ayrılaq daha,
Bu sözlər qarğışmı, həsrətmi, qəmmi?
Sənsiz ömür qurub xoşbəxt olmağa
Dünyaya yenidən gələcəyəmmi?

"Xoşbəxt ol!" səsindir qulaqlarımda
Addım səslərin də bunu deyirdi.
Sən çıxıb gedirdin, ayağın altda,
Xoşbəxtlik tapdağın olacaq indi

Həsrət yolları ölüm olsada,
Yoluma o yoldan başayacağam.
Sənsizlik acısı zülm olsada ,
Səni unutmağa çalışacağam.

Eşqimi üşüdüb həsrət qarında,
Bu donmuş sevgimdə alışacağam.
Talanmış sevgimin ahl zarında,
Səni unutmağa calışacağam.

Sənsiz yaşamağa qüvvə toplayıb,
Sənsizlik ünvanı daşıyacağam.
İlahi sevgini göyə sovurub,
Səni unutmağa çalışacağam

Deyirsən ayrılaq bitsin bu sevgi
Ayrılsaq sevgimiz yetim qalacaq
Gözümün nuru dərdimin əlacı
Ayrılsaq sevgimiz yetim qalacaq

Mənsiz kim saçına düzər çiçək
Məni tək görənlər mənə güləcək
Küçəyə atılan körpə uşaq tək
Ayrılsaq sevgimiz yetim qalacaq

Qəlbimdə əbədi salmısan saray
Nə qalacaq bu sevgidən bizə pay
Deyən olmayacaqdır birde lay-lay
Ayrılsaq sevgimiz yetim qalacaq

Anarın qisməti əzəldən nakam
Bu sevgidən biz almadıqki ilham
Bir yaşı yenicə olmuşdur tamam
Ayrılsaq sevgimiz yetim qalacaq

Bu gün ayrılırıq sevə-sevə biz,
Yolumuz ayrılır suçsuz-səbəbsiz.
Söylə yaşayarmı sevən-sevənsiz?
Bu nə ilk olacaq,nə son olacaq.
Sən elə bilmə ki, bu cür ayrılıq,
Nə sənə, nə mənə asan olacaq.

Həyat çox sıxacaq səni özündə,
Dünya qaralacaq mənsiz gözündə,
Günahı görəndə özün özündə,
Sanma qəlbin buna susan olacaq.
Sən elə bilmə ki, bu cür ayrılıq,
Nə sənə, nə mənə asan olacaq.

Bu gün ayrılırıq sevə-sevə biz,
Yolumuz ayrılır suçsuz-səbəbsiz.
Söylə yaşayarmı sevən-sevənsiz?
Bu nə ilk olacaq,nə son olacaq.
Sən elə bilmə ki, bu cür ayrılıq,
Nə sənə, nə mənə asan olacaq


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 162 Bölmə: Sevgi şerləri
loading...