Kash Olmayaydi...
Ölümə nə var ki,birdəfəlikdi,
Sevib ayrı düşmək kaş olmayayaydı.
Nəğmələr quş kimi qanadlananda,
Gözlərdən süzulen yaş olmayaydı.
Mənim qəlbim kimi inlərmi kaman
İlk eşqi itirmək yamandır yaman
Könüllər odlara odlanan zaman
Ürəklər bərkiyib daş olmayaydı
Mən səni sevirdim sənisə pulu
Gör hardan düşübdür bu eşqin yolu
Nə mənim ürəyim bir belə dolu
Nə sənin ürəyin daş olmayaydı
Silinməz ürəkden bu düyün bu dağ
Qondu gəncliyimə qəm budaq-budaq
Həsrətindən,möhlətindən titrəyir bu dağ
Kədərdən çatılan kaş olmayaydı
Yar deyib ağladi könlümün sazı
Bir gündə yüz dəfə yanırdi azı
YA REBBIM heç kimin baharı yazı
Dönüb birdən birə qış olmayaydı.
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 93 Bölmə: Sevgi şerləri
loading...