Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

OYREWE BILMEDIK BIZ BU YAGIWA..

Oturub ağlmaq keçdi könlümdən,
Ağlaya bilmədim,yaş qənim oldu
Canlandın bir şirin xatirələrdə,
Yeganə şəkilin həmdəmim oldu.
^^~~^^
Təsvirin önümdə,sən elə sənsən,
Dəyişmir xəyallar insanlar kimi,
Sevməyir kimsəni,ürək olub daş,
Ömürlük kəsildin qəlbin hakimi.
^^~~^^
O günlər yadına düşürmü sənin?
Sən də düşünürsən belə mənim tək?
Yəqinki bezibsən xəyal etməkdən,
Bəlkədə deyirsən bəsdir ta əl çək.
^^~~^^
Ürək getmə deyir,ayaq durmayır,
Çıxıram mən hərdən sənin qarşına
Hardan biləydik ki, bizi də fələk
Bir gün tutacağdı qəm yağışına.
^^~~^^
Öyrəşə bilmədik biz bu yağışa
Axı biz romantik yağış görmüşük,
Titrəyə-titrəyə ağacın altda,
Yağış damcısıyla biz öpüşmüşük.
^^~~^^
Məhəbbət adında bir gül də soldu,
Bu gülün qisməti bura qədərdi.
Tökülüb ləçəklər,solub yarpaqlar,
Təzədən su vermək,gülüm hədərdi.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 66 Bölmə: Sevgi şerləri
loading...