Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Biz Görüşəcəyik

Biz görüşəcəyik bir gün səninlə
Saçıma qış gəlib qarlar yağanda
Biz görüşəcəyik bir gün səninlə
Ömrün payiz fəsli xəzan çağında

Dağ dağa rast gəlməz belə deyiblər
Biz ki dağ olmadıq həsrət qəmiylə
Ötsə də keçsə də ömürdə günlər
Biz görüşəcəyik bir gün səninlə

Biz görüşəcəyik bir gün səninlə
Həsrətin bir anlıq ölüm günündə
Məhəbbət çağlayıb selə dönəcək
Sənsizlik ağlayar çöküb önündə

Nə sənin qəlbində bir arzu istək
Nə mənim qəlbimdə ümüd doğacaq
Biz görüşəcəyik bir gün səninlə
Səmalar kövrəlib yağış yağacaq

Köksümə dolacaq həsrətli sözlər
İnanma alışsın közərən közlər
Biz görüşəcəyik bir gün səninlə
Gözündə qərq olar bu qəmli gözlər

Biz görüşəcəyik bir gün səninlə
O anı gözləyən gün kövrələcək
Müjdə söyləyəcək sevən qəlbimə
O isə lal olub heç dinməyəcək

Taleyin ayrılan yolları bizi
Bir anlıq görüşlə sevindirəcək
Biz görüşəcəyik bir gün səninlə
Ağlayan qəlbimin gözü güləcək

Həsrətin qəzabı əriyib keçməz
Taleyin oyunu, sonu bilinməz
Biz görüşəcəyik bir gün səninlə
Bəlkədə bu görüş bizə gərəkməz


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 49 Bölmə: Sevgi şerləri
loading...