A Yaxşı
Şikar edib tutdum bir şahi tərlan,
Sən etdin ağlımı zail, a Yaxşı!
Səni sevən keçər canü sərindən,
Olar camalına mail, a Yaxşı!
Məhəbbəti olan istər sazını,
Mən çəkərəm hər dəm sənin nazını.
Şəmsü Qəmər kimi görgəz üzünü,
Gün təki aləmə yayıl, a Yaxşı!
Qaşların bir oxdu, kirpiyin almaz,
Haramdan oxlasan, oram sağalmaz.
Gedər bu gözəllik sənə də qalmaz,
Əgərçi sərxoşsan, ayıl a Yaxşı!
Məni sənə aşiq etdi yaradan,
Səyrağıbı haqq götürsün aradan.
İstəyirsən xəbər tutgil Sarıdan,
Yollarında mənəm sail a Yaxşı!
Tarix: 21.04.2013 / 19:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 203 Bölmə: Sevgi şerləri
loading...