Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oyretme Meni

Taleyin qisməti rast saldı bizi
Yolumuz hardasa qırılacaqsa
İtirəcəyiksə bir-birimizi
Xatirəm yadında qalmayacaqsa
Bu əllər mənimki olmayacaqsa
Bu tellər mənimki olmayacaqsa
Sən allah, özünə öyrətmə məni
Hicran qoxusuyla göynətmə məni

Əlimi saçına öyrətmə belə
Gözümü gözünə öyrətmə belə
Üzümü üzünə öyrətmə belə

Mən bir az baharlı budaq kimiyəm
Bir az da sadəlövh uşaq kimiyəm
Bala anasına qovuşan kimi
Leylək yuvasına yovuşan kimi
Eh, mən də adama aaa yovuşanam
Sevgi atəşindən aaa alışanam
Amma ki sönməyim çox çətin olur
Sevgidən dönməyim çox çətin olur
Öyrətmə özünə, öyrətmə məni

Bəlkə gözləmirdik bu xoş görüşü
Yaman qəribədir dünyanın işi
Heç vaxt yollarında dayanmadığın
Heç həndəvərində dolanmadığın
Gəlib birdən sənə nə şirin olur
Ömrünün içində ömür doğulur
Bu şirinim acı olacaq isə
Bu qismət çiçəyim solacaq isə
Öyrətmə özünə, öyrətmə məni
Könlümdə yerin var, qopmaz yerindən
Bir əkiz ləçəyi, haça budağı
Ayırmaq olmursa biri-birindən
Məni də ayırmaq çətindir axı

Öyrətmə özünə öyrətmə məni
Yox buna taqətim, yox buna tabım
Əlimi əlindən üzmək əzabım
Sonra bu əzaba dözmək əzabım
Yoxsa da, könlümün sınıqları var
Hicranın köz basmış yanıqları var
Mənim dərdlərimin ayaqları var
Harda olsa, gəlib tapacaq məni
Yaxıb yandıracaq bu ocaq məni
Gəl məni özünə öyrətmə belə
Əlimi əlinə öyrətmə belə
Gözümü gözünə öyrətmə belə...


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 123 Bölmə: Sevgi şerləri
loading...