Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Umidsiz Sevgim

Haram olsun sənə verdiyim ürək,
Sən dəmi qəlbimdən keçən bir külək,
Görən heç qalıbmı sevən mənimtək,
Özümün özümə yazığım gəlir.

Sənli günlərimdi ən xoş xatirəm,
Onunla başladı mənim faciəm,
Sənsiz keçirdiyim hər bir saniyəm,
Gözümdən süzülən yaşa bənzəyir.

Deyirdin ağlama dözə bilmirəm,
Gözümü gözündən çəkə bilmirəm,
Deyirdin bəs sənsiz qala bilmirəm,
O yalan sözlərə yazığım gəlir.

Bilməzdim sevgimə boyun əyəcəyəm,
Səni sənsiz sənsizlikdə sevəcəm,
Bilməzdim bu sözü bir gün deyəcəm,
Ölən sevgimizə yazığım gəlir.

Verdiyin əzabla alışır sinəm,
Bəlkə göz yaşımla söndürə biləm,
Hər gecəm yuxusuz ağlayır qələm,
Korlanan vərəqə yazığım gəlir.

Ümidim ümidsiz ümidə qalıb,
Gözlərin gözümdən gözünü alıb,
Deyəsən bu ürək artıq qocalıb,
Saf, təmiz qəlbimə yazığım gəlir.

Sənə qurban verdim bilsən nələri,
Sən də zaman kimi dönmədin geri,
Sənə həsr etdiyim üçün bu şeri,
Yazdığım şerimə hayıfım gəlir.
Ümidsiz sevgimə yazığım gəlir


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 128 Bölmə: Sevgi şerləri
loading...