Unutmaq Asansa...
Nə deyim mən sənə, unut deyirsən
Unutmaq asansa sən özün unut!
Acizsən, qismətə boyun əyirsən?
Unutmaq asansa, sən özün unut!
Səninlə keçirdi hər günüm, ayım
Deyirdim, menim də tapılıb tayım
Sən demə, bu imiş Tanrıdan payım,
Unutmaq asansa, sən özün unut!
Qorxursan sevməyə,-söylə birbaşa,
Onsuzda qəlbimi vurmusan daşa.
İstəyin budursa, get, mənsiz yaşa,
Unutmaq asansa, sən özün unut!
İncitmə, gəl məni var incidənim,
Taleyim belədir- gəlmir gedənim.
Ürəyin deyil ki ürəyim mənim,
Unutmaq asansa, sən özün unut!
Ayrılıq havası bu nə həvəsdi?
Səndəki sevgi yox, ötəri hissdi...
Yeter! Çəkdiklərim özümə bəsdi,
Unutmaq asansa, sən özün unut!
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 110 Bölmə: Sevgi şerləri
loading...