Sen Meni Oldurmeyi Bacardin
Heç bilmədim hardan çıxdın qarşıma
Nə eylədin gəldin mənim xoşuma
Rəhm etmədin gülüm cavan yaşıma
Sən Məni öldürməyi bacardın
Sevdim səni ümidlərim yox oldu
Sevincim az dərdi qəmim çox oldu
Kipriklər kaman gözlərin ox oldu
Sən Məni öldürməyi bacardın
Bir qəlbi ikiyə bölmək çətinmiş
Ağlaya-ağlaya gülmək çətinmiş
Yaşaya-yaşaya ölmək çətinmiş
Sən Məni öldürməyi bacardın
Bir dəfə gəl o daş qəlbini dağla
Gözlərimi incə əlinlə bağla
Ağla qurban olum doyunca ağla
Sən Məni öldürməyi bacardın
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 112 Bölmə: Sevgi şerləri
loading...