Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gəzirəm Dənizin Sahilində Tək

Gəzirəm dənizin sahilində tək,
Səhər şehi hələ qonub üzümə.
Çırpınar eşqinlə alışan ürək,
Nə olar qulaq ver indi sözümə.

Qıvrım saçlarını töküb üzünə,
Qumral gözlərini çəkmə gözümdən
Elə bil həsrətim qonub üzünə,
Gizlə bu həsrəti mənim özümdən.

Tale yenə bizi çəkib sınağa,
Titrək yarpaq kimi urəyim əsir.
Tutaraq qolumdan çəkib qırağa,
Sanki baxışların nitqimi kəsir.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 42 Bölmə: Sevgi şerləri
loading...