Sevgi
Bu deyir ki, dilimdə bir baxın neçə rəng var,
Ha oxuyub baxırsan, seçmək olmur onları…
Nə qədər acı söz var, nə qədər ki, cəfəng var.
Bu ona ünvanlayır, o buna ünvanlayır…
***
O bunun ayağını qazıyır gündə-gündə,
Bu ona tor toxuyur iftira saplarından.
Bu onun nemətini talayır gündə-gündə,
O daima səhv gəzir bunun kitablarında…
***
O buna qarmaq atır, bu ona tələ qurur,
O buna şər yağdırır, bu onu yamanlayır…
Bu da boy verənlərin bir-bir boynunu vurur,
Söz-sənət meydanında yerini sahmanlayır.
***
Əsrlərlə yazarlar bu cür davalardadı,
Sənətin son hakimi gələcəkdir, gələcək.
Kimin yeri burdadır, kimin yeri gordadır,
Zaman özü hamıya yerini göstərəcək.
1997
Tarix: 25.03.2013 / 17:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 281 Bölmə: Sevgi şerləri
loading...