Belke De Xoshbextik Xeberimiz Yox..
Bəlkə də xoşbəxtik xəbərimiz yox…
Yenə bu şəhərdə üz-üzə gəldik,
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də biz xoşbəxt ola bilərdik,
Bəlkə də xoşbəxtik xəbərimiz yox…
Aradan nə qədər il keçib görən,
Tanıya bilmədim, səni bağışla!
Mən elə bilirdim sənsiz ölərəm,
Mən sənsiz ölmədim, məni bağışla!
“Ölmədim” – deyirəm, nə bilim axı,
Bəlkə də mən sənsiz ölmüşəm hələ,
Qəbirsiz, kəfənsiz ölmüşəm elə,
Bəlkə də biz onda ayrılmasaydıq…
Nə mən indikiydim, nə sən indiki…
Ayrıldıq şeytanı güldürdük onda,
Bu ilin, bu ayın, bu günündəki,
Elə bu küçənin bu tinindəki,
Məni də səni də öldürdük onda.
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 87 Bölmə: Sevgi şerləri
loading...