Sən məni indi yox,dünəndən soruş,
Hər nələr çəkmişəm,danışsın sənə
Qələmim,kağızım,yazdığım şeir
Dillənib sətirlər,danışsın sənə
Yuxumda,xəyalda canlanan cismin
Dağlara,daşlara yazdığım ismin
O,cansız divardan asdığım rəsmin,
Hər nələr çəkmişəm,danışsın sənə
Üzümdə qırışıb qalan cizgilər
Səninçün içdiyim şərab,içkilər
Göstərən özündə məni,güzgülər
Hər nələr çəkmişəm,danışsın sənə
Tənhalıq içində sürdüyüm həyat,
Mənim tək yolunu,gözləyən soyad
Keçilən o sənsiz hər dəqiqə,saat
Hər nələr çəkmişəm,danışsın sənə
Qapına qoyduğum,atdığın güllər
Saçımda çoxalıb,ağaran tellər
Gözümdən süzülən,axan o sellər
Hər nələr çəkmişəm,danışsın sənə
Gözümün yaşıyla ağlayan məktub,
Yazımla ağ üzün,dağlayan məktub
Vərəqdə sevgimi saxlayan məktub
Hər nələr çəkmişəm,danışsın sənə
Sən məni indi yox,dünəndən soruş,
Hər nələr çəkmişəm,danışsın sənə
Qələmim,kağızım,yazdığım şeir
Dillənib sətirlər,danışsın səne
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 47 Bölmə: Sevgi şerləri