Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramiz Rövşən. Gedək biz olmayan yerə

G
əl, əl-ələ tutub gedək,
Gedək biz olmayan yerə
Hər dərdi unudub gedək,
Dərdimiz olmayan yerə.

Burda qoyaq özümüzü,
Bu qırışan üzümüzü,
Bu köhnələn sözümüzü,
Gedək biz olmayan yerə.

Bir kimsə tutmasın xəbər
Gəl çıxıb gedək birtəhər.
Bu ev, bu küçə, bu şəhər,
Bu dəniz olmayan yerə.

Atam oğlu az çapala,
Sən deyən çətin tapılar,
Bu Ramizi kim aparar,
Bu Ramiz olmayan yerə?!


Tarix: 28.05.2013 / 15:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 156 Bölmə: Sevgi şerləri
loading...