Bir yol uzanırdı işığa doğru
Sanki qabağımı kəsdi bir oğru
Susdum baxışından qanımda dondu
Qorxduğum bu sevgi başıma qondu
Dəniz ləpələndi dənizdə əsdi
Bu sevgi elə bil qapımı kəsdi
Göylərdən yerlərə nur səpələndi
Qorxduğum bu sevgi başıma gəldi
Ulduzu sevirdim aylı gecədə
Gecələr seyrinə çıxdım beləcə
Ulduza bürünüb səma bu gecə
Qorxduğum bu sevgi başıma gəldi
Ey qəlblər oğrusu söylə indi sən
Kimlərdən dərs alıb məni sevmisən
Xəyalı gerçəyə sən çevirmisən
Qorxduğum bu sevgi başıma gəldi
Əl-ələ gəzirdik dənizdə sənlə
Bir yanım dalğadı bir yanım ləpə
Əlindən qaçıb mən getdim dənizə
Qorxduğum bu sevgi başıma gəldi
Yenə yazıbdır gözəl bir nağıl
Sevənlər qovuşur səhnə arxası
Hər günümüz olur məncə bir nağıl
Nağılım bitmədi qaldı yarısı
Qorxduğum bu sevgi başıma gəldi
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 64 Bölmə: Sevgi şerləri