Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vəliyevlər

Soyun yaranması
Bu soyun ulu babası Bayramxan bəy Baharlıdır. XVIII əsrin ortalarında Qarabağda yaşamışdı. Bayramxan bəyin Vəli bəy adlı oğlu vardı.

Vəli bəy Qarabağın Kəbirli mahalının Baharlı obasında anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. O, İbrahimxəlil xanın divanında vəzir vəzifəsində çalışmışdı.

Mirzə Vəli bəyin törəmələri Vəlibəyov, Vəliyev, Vəlizadə, Vəlili soyadlarını daşıyırdılar.

Mirzə Vəli bəyin İmamverdi bəy, Həşim bəy, İbrahim bəy, Həsənəli bəy adlı oğulları vardı.

Soyun məşhur nümayəndələri
Mirzə İsmayıl bəy Vəliyev (Baharlı)
Mirzə Məmmədhəsən bəy Vəliyev
Məhəmmədəli bəy Vəlizadə (Məxfi)
Abdulla bəy Vəlizadə
Məşədi Abdulla bəy Abış
Nəcəfqulu bəy Vəliyev (Şeyda)
Əbülfət bəy Vəli
Məhəmmədhəsən bəy Vəlili-Baharlı
Əliş bəy Vəliyev-Qarabağ bəyi
Cabbar bəy Vəlibəyov — pedaqoq.
Züleyxa xanım Vəliyeva
Səltənət xanım Vəliyeva- pedaqoq
Sulduz Rüstəmov- tarixçi
Zakir Məmmədov- AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor
Vəli Vəlizadə- pedaqoq
Xostan Vəliyev - coğrafiya elmləri doktoru, professor
Zahid Məmmədov - coğrafiya elmləri doktoru, professor
Məhəmməd Baharlı- yazıçı-jurnalist
Orxan Zakiroğlu (Baharlı) - tədqiqatçı-jurnalist


Tarix: 03.02.2015 / 12:46 Müəllif: Feriska Baxılıb: 102 Bölmə: Qaraqoyunlular
loading...