Həyatı
Məhəmmədəli bəy Məşədi Əsədulla bəy oğlu 1832-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Atası Məşədi Əsədulla bəy Hacı Həsənəli bəy oğlu Vəliyev Şuşada tacir kimi tanınmışdır. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə təhsilini davam etdirmişdi. Şuşa qəza məktəbində rus dilini öyrənmişdi. Şamaxı, Tiflis, İrəvan və Şuşa qəza idarələrində məmur işləmişdi. Mülki xidmətə tərcüməçilikdən başlamışdı. Quberniya katibi çinindən titulyar müşaviri çininə qədər ucalmışdı. O, 1892-ci ildə varissiz vəfat edib. Nədənsə Mir Möhsün Nəvvab onun 1890-cı ildə rəhmətə getdiyini yazır. Amma şairin bütün hüquqi sənədlərində 1892-ci il qeyd edilmişdir.
Məhəmmədəli bəy şair idi. Məxfi təxəllüsü ilə incə təbli şeir yazırdı. Mir Möhsün Nəvvab, Məhəmməd ağa Müctəhidzadə və başqa təzkirəçilər, tədqiqatçılar ondan bəhs etmişlər.
Son tәdqiqatda Mәxfinin "Beyti-xamuşan" deyil, "Mәclisi-üns" әdәbi mәclisinin üzvü olduğu göstәrilir. "Mәclisi-üns" XIX әsrin ikinci yarısında (1864-1897) Xurşudbanu Natәvanın evindә tәşkil olunmuş әdәbi mәclisdir. Fәal üzvlәri: Natәvan, Mirzә Rәhim Fәna, Mirzә Әliәsğәr Novrәs, Mәhәmmәdәli bәy Mәxfi vә başqaları.
Orxan Məmmədov (Baharlı) ""Əhvalati-Qarabağ" əsərinin müəllifi haqqında" adlı məqaləsində ("Elm" qəzeti, 8 avqust 2001-ci il) 1888-ci ildə qələmə alınmış "Əhvalati-Qarabağ" kitabının müəllifi olan Baharlının faktlar əsasında Məhəmmədəli bəy Məxfi olması qənaətinə gəlmişdir.
Tarix: 03.02.2015 / 12:48 Müəllif: Feriska Baxılıb: 75 Bölmə: Qaraqoyunlular