Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cahanşahın İranı fəth etməsi

Cahanşahın beş oğlu vardı:

Pirbudaq
Həsənəli
Qasımbəy
Mirzə Məhəmməd
Mirzə Yusif.
Onlar hakimiyyət uğrunda mübarizədə atalarına hər cür kömək edir, lakin eyni zamanda bir neçə dəfə atalarından ayrılmağa və müstəqil olmağa da cəhd göstərirlər. 1452-ci ildə Cahanşah İranı fəth edir və Fars vilayətinin bir hissəsini tutur. Oğlu Pirbudaqı İsfahan hakimi qoyur. O isə Farsa hücum edərək, Şiraz və Kirmanı tutur. 1453-cü ilin sonunda Cahanşah Pirbudağı Fars hökmdarı təyin edib, özü Təbrizə qayıdır. 1457-ci ildə isə qoşununu Xorasan üzərinə çəkir. O biri il Teymurilərin paytaxtı Heratı tutaraq, Şahruxun məşhur sarayında yerləşir.


Tarix: 03.02.2015 / 18:45 Müəllif: Feriska Baxılıb: 34 Bölmə: Qaraqoyunlular
loading...