Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarabağ baharlıları

Baharlı eli oymaq şəklində Qarabağda, bir n eçə mahalın ərazisində qərar tuturdu. Baharlı obasının ikisi Kəbirli elində, biri Çulundur mahalında, biri isə Qapan mahalında yaşam sürürdü.

II Şah Abbas Səfəvinin 1071-ci ilin şəvval ayı tarixli (iyun, 1601) fərmanında Baharlı oymağı haqqında dəyərli məlumat v erilib. . Baharlı oymağının sakinlərindən Dərgahqulu, Kərəməli və başqalarının şikayəti əsasında tərtib edilmiş həmin fərmandan görünür ki, vaxtı ilə q eyd olunan tayfanın bir çox ailələri Qarabağdan Isfahanla Şiraz arasında y erləşən Şəhrikord məntəqəsinə köçürülmüş və orada uzun müddət yarımköçəri həyat sürmüşlər.

Şah Sultan Hüs eyn Səfəvi tərəfindən 1714-cü ilin d ekabr ayında v erilmiş şəcərəyə görə köhnə xəlifə Əbutalib bin Ş eyx Məhəmməd bin Xəlifə Əlirzanın əmisi oğlu Xəlifə Məhəmmədqasım Qapanat mahalının Baharlı, Sarıəlili, Xacəəbuishaqlı və Xələc camaatına y eni xəlifə təyin edilmişdi.

Baharlı obalarından üçü Kəbirli mahalında y erləşmişdi. Biri I Baharlı obası, biri II Baharlı obası, o birisi isə Lələimamv erdi obası idi.


Tarix: 03.02.2015 / 12:50 Müəllif: Feriska Baxılıb: 48 Bölmə: Qaraqoyunlular
loading...