Bərdə bazilikası – Bərdə şəhəri ərazisində arxeoloji qazıntılar zamanı aşkarlanmış qədim üçnefli alban məbədi. Məbədin mənbələrdə tez- tez xatırlanan və uzun müddət alban katolikoslarının iqamətgahı olmuş möhtəşəm Bərdə məbədi olduğu güman edilir.
Məbəd üç yanmdairəvi absidalı, üçnefli bazilika formasına malik idi. Məbədin uzunluğu 11 metr, eni isə 6 metrdir. Yandakı neflər nisbətən ensizdir (1,52 metrlik eni vardır). Məbədin divarları müxtəlif ölçülü bişmiş kərpicdən, özülü isə çaydaşından tikilmişdir. Məbədin divarları 1,5 metr ucalığınadək salamat qalmışdır. Binaya əsas giriş qərbdən idi və bu giriş orta nefə doğru aparırdı. Məbəd xüsusi məqsədlə tikilmiş iki cüt sütunla neflərə ayrılmışdı. Məbədin döşəməsi kvadrat formalı bişmiş kərpicdən hazırlanmışdır. Məbədin səcdəgah hissəsi kərpiclərdən yaradılmış ucalığa malikdir. Məbəd VIII əsrin əvvəllərində baş vermiş güclü yanğın nəticəsində dağılmışdır. Burada üç məzar aşkar edilmiş, məzardan qiymətli bəzək əşyaları və saxsı məmulatı tapılmışdır.
Tarix: 30.01.2015 / 18:42 Müəllif: Feriska Baxılıb: 52 Bölmə: Qafqaz Albaniyası