Sadəcə səbr edib axıracan oxuyun:
Mən fahişəyəm-Bəlkə də hamı qınayar amma mənim sənətimdi bu.
Pulunu alıb səni razı salıram...Amma sən?
Hələ 15 yaşın var həyatın qabağdadır.Həyat sənin üçün futbol, Coca-cola və playstatinondan ibarətdir. Dostlarınla qəpik quruş yığışıb çayxanaya gedirsən...
Ən ucuz xidmət altında oturub ya davadan yada kimdənsə danışırsan.Mənimlə tanışlığın olmasa belə mənimlə yatdığını, dostlarina deyib oları inandırmağa çalışırsan."Ana söyüşləri" səninçün adiləşib və bir fahişəyə görə "ananın canı" adıləşib...
- 18 yaşın var Ailənin göz dikdiyi varliq sənsən."Axı evin oğulusan".Sənsə hər gün 10 manata səhərdən axşama kimi işləyirsən. Ailən ehtiyac içindədir, borclar- kreditlər onları çox sıxıb. Amma sən...
Sənsə 10 günlük maaşını mənim yanımda 1saat kral kimi görünməkçün mənə verirsən...
- 25 yaşın var həyati azda olsa dərk edirsən.Gözəl həyat yoldaşin yeni doğulmuş uşağin var. Yaxşi işin var maaşin kimi...Cəkdiyin siqaret "parlament" dostlarinin yaninda hormətin "Kral". Yoldaşınsa kafedə işləyir sənin övladının qarnını doyuzdurmaq üçün. Sənsə...Sənsə hər gecə məni bahalı klublara aparir ən bahalı içkiləri sifariş edirsən. Hər gün fərqli fərqli yerlərə aparır mənə "həyatın ləzzətini" gorsədirsən. O həyat ki ailən onu ancaq xəyal edir...
- 35 yaşın var artıq. Övladların tək "atasının iş yeri" ilə fəxr edir "atasıyla"yox...Oglun məktəbdə çox yaxşı oxuyur. Sənsə onun həyatı ilə maraqlanmirsan. Dediyin 1 söz var "Universitetə gir qalanı mənlikdi"... Yoldaşının əlləri işləməkdən qabar olmuş sənsə artıq onu bəyənmirsən. Pullu atanın kasıb ailıəsi bax budu realliq..
- 50 yaşin var və yenə hərgün biz görüşürük. Mənə şərait qurmusan, hər gecə evimə rahatlıqla gəlirsən. Bütün dostların hətta ailən belə məni bilir... Mənimlə olduğuna görə fəxr edirsən... Çağırılan yerlərə yoldaşınla yox mənimlə getmeyi üstün bilirsən və artıq hami bunu qəbul edir. Mənə aldığın "qızıl boyunbaği" yoldaşının dərman almaq üçün satdığı"nişan üzüyündən" çox bahalıdır axı onu mənə sən almısan...Içki süfrəsində məni dəli kimi sevdiyini deyir yoldaşını mənim yanimda alçaldırsan..
- 60 yaşın var heyatın geridı qalsa da sən öz işlərindən geri qalmamısan. Səndən olan"oğlumuz" sənə "ata" deyir və sən hərgün onu parka gəzməyə aparırsan. "Qanuni" oğlun isə həyatda gələcəyi üçün nəsə etmeküçün "Qanunsuz" yollara girir...
Fiziki olaraq özünü cavan, zehni cəhətdən özünü "Həyatı başa düşmüş ağsaqqal" adlandırırsan. Və səncə fahişə kimdir??
Tarix: 12.01.2015 / 17:06 Müəllif: Aziza Baxılıb: 271 Bölmə: Qadın dünyası