Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Parlaq mavi fikirlər

Mavi zaman keçdikcə trend olaraq ön plana çıxsa da hər zaman modanın içərisində olan bir rəngdir. Pastel mavilərdən tünd mavilərə hətta göy rəng tonlarına qədər geniş bir sahədə genişlənən bu təbiət rənginin içərisindən gələn rəngi görə bilərsiniz. Son illərdə ön plana çıxan saks mavi, kobalt mavi, açıq kimi parlaq mavi tonlarının trend olduğunu bu ildə görəcəksiniz.
Parlaq mavi fikirlər yaz və yay fəslinin şən və əyləncəli kombinlərində yerini tapacaq. Mavi rənglər yalnız yaz və yay üçün deyil payız və qış fəsilləri üçün də alternativ bir rəng variantı təqdim edir.
Yay və yaz mövsümləri üçün paltar, ətək, köynək, şalvar, bluz rəngi olaraq mavini seçə bilərsiniz.
Parlaq mavi tonlarını yenə parlaq rənglərlə istifadə edərək kombinlərinizdə rəng dəyişiklikləri meydana gətirə bilərsiniz. Parlaq mavi rənginizi tək başına geyinərək fərqli rənglərdəki çanta və ayaqqabınızla kombin edə bilirsiniz.
Mavi rəngi aksesuarlarda da istifadə etməniz fərqli bir təsir yaradacaq. Məsələn çanta ya da ayaqqabınızı mavi seçərək, saç aksesuarlarınızı, bilərzik və boyunbağılarınızı, şal və örtüklərinizi mavi rənglərdə seçə bilərsiniz.
Parlaq mavi saç və makiyajda da özünə yer tapır. Göz teniniz, kiprik üçün tuşunuzu parlaq mavi seçə bilərsiniz.


Tarix: 10.01.2015 / 11:42 Müəllif: Aziza Baxılıb: 64 Bölmə: Qadın dünyası
loading...