Xanımlar sizə modayla əlaqədar tövsiyələrim olacaq. Paltar seçkisi və ona uyğun aksesuar seçkisində nə qədər diqqətli və istəklisiniz bilirəm, amma mən də bir xanımam.. Əvvəlcə gedəcəyiniz yerə uyğun bir paltar seçkisiylə başlayaq. Ciddi bir yersə kostyum, bu ətəkli də olar şalvarlı da.. Bundan xoşlanmırsınızsa, balıq bir jaket və ya idman stilli bir köynək üzərinə idman bir pencək də tamamlayacaq sizi.
Yoldaşlarınızla əylənəcək, alış-veriş edəcək və ya yemək yeyəcəksinizsə içinizdən gəldiyi kimi rahat bir şeylər geyinin. Sevgiliniz və ya yoldaşınızla görüşmə varsa romantik olun. Qırmızı tonlarını mütləq bir yerinizdə istifadə edin. Dodaq boyası ola bilər, dırnaq boyası ola bilər, geyiminiz ola bilər.. Aksesuarınız sizi başdan aşağı dəyişdirə bilən bir parçanızdır. Doğru aksesuar seçkisi ilə möcüzələr yarada bilər, qarşınızdakı adama təsir edə bilərsiniz. Paltarınızı tamamlayacaq aksesuarlar ümumi görünüşünüzü tamamilə tdəyişər. Bir rəng, bir hərəkət qatar.
Ən sadə və klassik bir geyimi belə canlandıra bilən bir aksesuar ilə möhtəşəm görünmək sizin əlinizdədir. Yalnız doğru paltara doğru aksesuarı seçməniz gərəkdir. Qış mövsümündə xüsusilə dəri əlcəklər və qəşəng naxışlı şallar, yay mövsümündə keyfiyyətli və trend bir eynək və ya xoş dayanacaq metal bilərziklərlə görünümüzü tamamlayarsınız və ətrafın ən gözəl qadını siz olarsınız. Diqqət yetirəcəyiniz mövzu isə aksesuar seçkisində bədən tipinizi, sizə yaraşanı və sevə biləcəyiniz parçaları istifadə etmənizdir. Geniş bir beliniz varsa kəmər istifadə etməməlisiniz. Enli bir bluzu dar formadakı bir cinsin üzərinə buraxa bilərsiniz.
Çox incəsinizsə, daha qarışıq naxış və modellər seçim edilə bilər. Başqalarının seçkilərini moda deyə istifadə etməyin. Öz modanızı sizə yaraşan şeylərlə özünüz yaradın. Qaldı ki, hər yaşdan qadınlar geyiminə diqqət göstərməyi çox sevər və görünüşünü aksesuarlarla tamamlayaraq möcüzə görünməyi bacarar. Xüsusilə gənc qadınların canlı və dinamik rəng və naxışları seçməsi lazımlıdır. Gələk mənim tövsiyələrimə.. Qara düz bir paltar geyəcəksinizsə qızıl və ya gümüş ristifadə edə bilərsiniz.
Daha rəngli olmaq istəsəniz qəşəng bir zümrüd sırğa ya da boyunbağı istifadə edin. Düz naxışsız və modelsiz bir paltar geydinizsə daha hərəkətli şeylər geyinin. Amma özündən hərəkətli bir paltarda aksesuara ehtiyacınız olmayacaq. Və ya gözə batmayan kiçik bir sırğa seçim edilə bilər. Makiyajınız isə hansı paltarı geysəniz geyinin əhəmiyyətli bir aksesuarınızdır. Yay aylarında daha pastel tonları seçməyə çalışın.
Bənövşəyi, göy mavisi, ərik rəngi kimi.. Qışda və gecələr isə qara, qırmızı, bordo, sümük, göy, zümrüd yaşılı kimi tonlar sizə yaraşacaq. Bədən və saç rənginizə də paltar və aksesuarlarınız uyğun olmalıdır. İri olan heç bir aksesuarı kiçik üzlü qadınlar istifadə etməməlidir. Boyunuz qısadırsa dəbdəbəli aksesurlardan uzaq durun. Paltarlarda saat istifadə etməməyi seçin və ya sadə bir saat istifadə edin. İri bir quruluşunuz varsa bununla mütənasib olaraq böyük aksesuarlar istifadə edə bilərsiniz.
Geyiminiz ümumiyyətlə vintaj tərzdədirsə, qızıl -metal işləmələr sizə görədir. Dinamik bir tərziniz varsa buna uyğun gələn gənc görünüşlü hərəkətli aksesuarlar uyğun olacaq. Qısacası, günün rejiminə, sizin zövqünüzə və sizə yaraşana görə doğru paltarı seçmək qədər doğru aksesuarlarla da görünüşünüzü tamamlamanız sizi günün ulduzu edər..
Tarix: 10.01.2015 / 12:25 Müəllif: Aziza Baxılıb: 133 Bölmə: Qadın dünyası