Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Seksual qadın güclü olmaq deməkdirmi?

Qadınlar hər sahədə güclü və seksual olmaq istəyirlər. Zəif görünməkdən nifrət edən qadınlar nəzarəti həmişə əllərində saxlmağa çalışır və bundan inanılmaz həzz duyurlar. Kişilər də zəif və gücsüz qadınları xoşlamır. Bəs qadını güclü edən nədir? Özünü zəif və gücsüz hiss edən qadınlar, güclü olmağa hazırsınızmı?

Kəşf etmək - Hər qadın güclüdür, amma ilk olaraq hər bir qadın ağıllı oluğunun fərqinə varmalıdır. Həmçinin ağlından düzgün faydalanaraq yaradıcılıq qabiliyyətindən istifadə etməyi bacarmalıdır. Qarşıdakı insana ağıllı olduğunu hiss etdirməlidir. Hər şeydən və hər kəsdən xəbərdar olmalıdır.

Dürsütlük - Hər mövzuda dürst olmalı və qarşıdakı insana bunu hiss etdirməlisiniz. Həmcinslərinizə və kişilərə qarşı yaratdığınız güvən sizi hər zaman güclü edəcək.

Məqsəd - Məqsədli olmaq çox vacibdir. Qadının məqsədləri olmasa, özünü güclü hiss edə bilməz. Evdə, işdə, hər yerdə mübariz və məqsədlərinin arxasınca gedən qadının özünə inamı yüksək olur.

Ehtiras - Ehtiras da qadına ayrı gözəllik bəxş edir. Bir qadında ehtiras yoxdursa, onun əzif görünməsinə səbəb olur.

Güc yox deməyi bacarmaqdır - Həyatınızdan bəli sözünü çıxarın. Bəlini, yoxla əvəzləyin. Onun yerinə yox kəlməsini qoyduğunuz zaman istəmədiyiniz şeylərin qarşısını əngəlləyə bilərsiniz. Beləcə güc sahibi siz olursunuz.


Tarix: 10.01.2015 / 12:59 Müəllif: Aziza Baxılıb: 64 Bölmə: Qadın dünyası
loading...