Çox dekolteli paltarlar
Gecə klubuna gedərkən geyə biləcəyiniz bir paltarı və ya ətəyi ofisə gedərkən geymək edə biləcəyiniz ən səhv seçimlərdən biridir. Qıpqırmızı mini bir paltar və ya payetli bir ətək əsla seçilməməlidir. Əks halda tərs baxışların hədəfi ola bilərsiniz.
Çox dar və ya bol paltarlar
Seçdiyiniz paltarların üzərinizə tam oturması əhəmiyyətlidir. Bol gələn pencəklər, ayağınızdan atılacaqmış kimi görünən ayaqqabılar çox xoş qarşılanmaz. Ofisdə geyəcəyiniz paltarları diqqətlə seçmənizi tövsiyə edərik.
Çox iri aksesuarlar
Böyük sarkıntılı sırğalar, nəhəng biləkliklər və ya boyunbağılar maraq etdiyiniz işə deyil özünüzə çəkmənizə səbəb olar. Danışdığınız kəslərin diqqətini dağıdar və ünsiyyətdə çətinliyə gətirib çıxarar.
Ütülənilməmiş paltarlar
Hər paltarınız son moda olmaq məcburiyyətində deyil. Ancaq ütü üzü görməmiş bir köynək və ya yırtmacı sökülmüş bir ətək heç xoş qarşılanmaz. Hər daim təmiz və nizamlı bir görünüş əldə etməyi məqsəd qoyun.
Platforma ayaqqabılar
Yenə partiyaya gedərkən geyə biləcəyiniz çox yüksək platformalı ayaqqabıları seçməmənizi təklif edərik. Şəffaf bantlı ayaqqabılar, çiçəkli və şişirdilmiş şapkalar və ya satan bədəni qucaqlayan paltarları gecə gəzmələrinə saxlamanızı tövsiyə edərik.
Ətir duşu etmək
Xoş bir qoxu bir insanı daha cazibədar edər və ünsiyyəti gücləndirər. İncədən gələn şirin bir ətir qoxusu qarşınızdakının sizi dinləməsini asanlaşdırar. Ancaq sanki ətir duşu edər kimi şüşəni üzərinizə boşaltdığınızda dözməsi çətin bir insan olub çıxa bilərsiniz. 2 dəfə qulaq arxasına və 1 dəfə biləyə olmaq üzrə az miqdarda ətir seçməniz daha uyğun olacaq.
İri marka adları
Əlbəttə məşhur dizaynçıların və ya markaların məhsullarını istifadə etməni sevir ola bilərsiniz. Ancaq üzərinə iri bir marka logosu olan paltarları və ya aksesuarları başqa zamanlarda geyməniz daha yaxşı olacaq. Bəlkə tək bir parçada kiçik bir marka logosu ola bilər. Ancaq təpədən dırnağa hər detalda böyük logolu məhsullar seçməyin.
Tarix: 10.01.2015 / 11:46 Müəllif: Aziza Baxılıb: 47 Bölmə: Qadın dünyası